‘Asaibi Əhli Haqq’: ABŞ İraqda uzunmüddətli qalmaq üçün hazırlaşır

 
İraqın "Asaibi Əhli Haqq" hərəkatının siyasi bürosu üzvü Saad əl-Saadi ABŞ-ın İraqdakı hərəkətlərinin onların ölkədə yenidən yerləşmə şəklində olduğunu və İraqı tərk etmədiklərini açıqladı.
 
Maide.Az xəbər verir ki, O, "əl-Meyadin"ə açıqlamasında, "ABŞ İraqda uzunmüddətli plan hazırlayır", - deyə bildirib. 
 
Siyasi büro üzvü, İraq parlamentinin ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı göstərişini tarixi qərar olaraq xarakterizə edib: "Bu plan Amerikanın çoxsaylı cinayətlərinə görə qəbul edildi. Amerika qüvvələrinin geri çəkilməsi ilə "Patriot" raket sisteminin İraqda yerləşdirilməsi arasında hansı əlaqə ola bilər?"
 
ABŞ-ın baş məsləhətçilərindən biri "Patriot" sistemlərinin ABŞ-ın İraqdakı bazalarına çatdığını təsdiqləyib və ABŞ-ın İraqdakı hərbi mövqelərə qarşı hava əməliyyatı başlatmağı planlaşdırdığını söyləyib.