Əfqanıstan hökuməti Talibanın 100-dən çox üzvünü azad edib

Əfqanıstan hökuməti sülh danışıqları fonunda Talibanın 100-dən çox üzvünü ötən gün azad edib.
 
Bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası bəyanat verib.
 
Bildirilib ki, ölkədə atəşkəs və sülhün əldə edilməsi istiqamətində Taliban hərəkatının 100-dən çox üzvü sərbəst buraxılıb.
 
Taliban hərəkatı bəyanat yayaraq yerdə qalan məhbusların da azad edilməsini istəyib.
 
Qeyd edək ki, ABŞ ötən ay Talibanla sülh sazişi əldə edib. Bu sazişə əsasən Talibanla yerli hökumət arasında 5 mindən çox məhbus və əsirin mübadiləsi baş tutmalıdır. Mübadilə baş tutmadığına görə Taliban hökumətə hücumları hələ dayandırmaq niyyətində olmadığını bildirib. /SalamNews