‘Kovid-19’ üçün ən sürətli testi müsəlman qadın tapdı

Koronavirusu bir neçə dəqiqə ərzində aşkarlaya biləcək sürətli test Çindən gələn müsəlman tərəfindən hazırlanıb. 
 
Maide.Az xəbər verir ki, Jeki İn Sinqapurdakı NanoBio Laboratoriyası ilə birlikdə bahalı avadanlıq istifadə etmədən sürətli və dəqiq diaqnoz hazırlamaq məqsədi ilə işə başlayıblar.
 
Professor İn laboratoriyada altı həftəlik gərgin işdən sonra hazırladığı xüsusi həssas fermentlə sınaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Yeni icad təsdiqlənsə, bu, dünyada ən sürətli koronavirus testi olacaq.
 
Jeki İn Səudiyyə Ərəbistanı Kral Universitetinin, Jilin Universitetinin (Çin), Siçuan Universitetinin (Çin) və Nanyang Texnologiya Universitetinin (Sinqapur) fəxri professorudur, dünyanın aparıcı elmi jurnallarında 340-dan çox məqaləsi dərc olunub.
 
Görkəmli işlərinə və elmi kəşflərinə görə 24 dekabr 2015-ci ildə "Elmi Nailiyyət" üçün "Mustafa" mükafatına layiq görülüb.