‘Ənsarullah’: ‘Yəmənliləri öldürən Səudiyyə Ərəbistanı onlara kömək edə bilməz’

Yəmən "Ənsarullah" hərəkatının rəsmisi verdiyi açıqlama zamanı, Yəmənin mühasirəsini davam etdirməyin məsuliyyətinin Səudiyyə Ərəbistanının üzərində olduğunu vurğulayıb. 

 Məhəmməd Husi qeyd edib ki, yəmənliləri öldürən bir ölkə onlara kömək edə bilməz:

"Bu ölkənin verdiyi ianələr Yəmən xalqının qanuni hüquqlarını pozandan, ölkəmizin məhv edilməsindən və mühasirəsinin davam etməsindən sonra heç nəyi dəyişməyəcək".

O, Səudiyyə koalisiyasına Yəməndəki müharibənin dayandırılması üçün mümkün olan bütün tədbirləri ciddi şəkildə görməyi tövsiyə edib.

Çünki müharibənin davam etməsi onlara heç bir fayda verməyəcəkdir.  /eastnews.org/