Əl-Qaidə terrorçuları Yəmənə göndərildi

Yəmən Milli Azadlıq Hökuməti Əl-Qaidə terrorçularının Yəmən silahlı qüvvələri ilə mübarizə aparmaq üçün Abyan və Şabva əyalətlərindən Əl-Bayda cəbhəsinə göndərdiklərini açıqlayıb.

 
Maide.Az xəbər verir ki, Yəmən Milli Azadlıq Höküməti Daxili İşlər Nazirliyi tvitter hesabından fərari prezident Mənsur Hadiyə bağlı qüvvələrin sözügedən bölgələrdə terrorçulardan istifadə etdiklərini deyib:
 
"Mənsur Hadi qüvvələri əl-Bayda əyalətindəki Nata cəbhəsindəki qüvvələrini Əl-Qaidə terrorçuları ilə gücləndirmək istəyir. Qüvvələrimiz Mənsur Hadinin işğalçı qüvvələri Yəmən silahlı qüvvələrinə qarşı gücləndirmək üçün Əl-Qaidə terrorçularını Nata şəhərinə yerləşdirdiyini müşahidə edib. Mənsur Hadi bir yandan Səudiyyənin atəşkəs istəyini dəstəkləyir, digər yandan isə hərbi əməliyyatları davam etdirir."