Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr

 
İmam Rza (ə) Əbüssəltə  buyurdu: "Şəban ayının çox hissəsi  geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn:
 
1. Çoxlu  dua və istiğfar et, Quran oxu;
 
2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan;
 
3. Kiminsə əmanət və haqqı boynunda qalmasın;
 
4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart;
 
5. Təqvalı ol və keçmiş  pis işlərindən çəkin;
 
6. Aşkar və gizli işlərində  Allaha təvəkkül et;
 
 
7. Bu duanı təkrar-təkrar oxu:
 
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ
Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.
 
"İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!"
 
Maide.Az