‘Ənsarullah’: Səudiyyə Ərəbistanı Yəmənin şimalına 800 muzdlu somalili döyüşçü gətirib

"Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının Yəmənin şimalına 800-dən çox Somali vətəndaşı gətirdiyini bildirib.

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı 800 muzdlu somalili döyüşçünü əl-Cəvf əyalətinə köçürdüyünü söylədi.

"Ənsarullah" hərəkatı məsələni BMT Qaçqınlar üzrə Ali Komissarlığına bildirdiyini söyləyib. 

 Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası hər gün demək olar ki, Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.

Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səudiyyə koalisiyasına qarşı mübarizə aparır.