‘Twitter’in işində problemlər yaranıb

"Twitter" sosial şəbəkəsinin işində nasazlıq bir neçə ölkədə müşahidə olunur.
 
Trend-in məlumatına görə, bu barədə "Downdetector" servisi bildirib.
 
Məlumata əsasən, ən aktiv şəkildə problemlər haqqında Böyük Britaniya, ABŞ və Braziliyada şikayət edirlər.
 
Bildirilib ki, istifadəçilərin əksəriyyəti (73%) veb saytdakı nasazlıqlardan şikayətlənirlər. Digər 16% sosial şəbəkəyə daxil ola bilmir, 10% iPhone və ya iPad üçün tətbiqdə problem yaşayır.