Şəmkirdə bazarda yanğın söndürülüb, xəsarət alan var

Şəmkir rayonunda bazarda baş vermiş yanğının qarşısı alınıb.

 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisindən keçən, Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən "Səbət Bazarı"nda baş vermiş yanğın söndürülüb. 
 
Hadisə nəticəsində ümumi ərazisi 5 hektar olan bazarın 400 kvadrat metr sahədə olan dönərxana, geyim mağazası və taxta konstruksiyadan ibarət olan ümumi 6 mağaza və köşk yanıb. Xoşbəxtlikdən hadisə bazarda iş vaxtı baş verməyib və insanlar az olub. Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir.
 
Yanğının başvermə səbəbləri araşdırılır.