‘Ənsarullah’ rəsmisi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsinə etiraz etdi

Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam BMT-nin bu ölkə üzrə nümayəndəsi Martin Qriffitsi tənqid edib.   

O, açıqlamasında bildirib ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Səudiyyə Ərəbistanının tərəfini saxlayaraq addımlayır və bu formada fəaliyyətini davam etdirir. 

"Səudiyyə Ərəbistanı Yəməndə sülh istəmir. Onlar istəyirlər ki, Yəmən Səudiyyə Ərəbistanına tam olaraq təslim olsun", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.

 Məhəmməd Əbdüssəlam açıqlamasında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Yəmən böhranının həlli üçün hələ də normal çıxış yolu təqdim etməyib.  /eastnews.org/