‘Telegram’ ‘Android’ üçün videozəng funksiyasını təqdim edib

“Telegram” messenceri “Android” platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.
 
Maide.Az "APA"a istinadla xəbər verir ki, bu barədə “Telegram”ın mətbuat konfransında bildirilib.
 
“2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün “Android” platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik”, - məlumatda belə deyilir.
 
Videozəng istifadəçi profilindəki kamera işarəsi işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir.