‘Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib’

 “Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib”.
 
Maide.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
 
Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyyəsi üçün kömək istəyir.