Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ

Hər il milyonlarla zəvvarın iştirakı ilə Ərbəin yürüşü baş tuturdu, bu il koronavirus pandemiyası ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən bu yürüşdə iştirak edə bilməyən Əhli-beyt (ə) aşiqləri Ərbəin ziyarətini oxumaq üçün sosial şəbəkələrdə kampaniyaya start veriblər. 
 
Maide.Az İran mediasına istinadla xəbər verir ki, “#Sənə_uzaqdan_salam” həştəqi ilə  başladılan kampaniyada  Ərbəin günü (08 oktyabr 2020-ci il) səhər saat 10-da hər kəs “Ərbəin” ziyarətnaməsini oxumağa dəvət olunur. 
 
Qeyd edək ki, İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”