Əfqanıstanda terror aktları törədilib, ölənlər var

Əfqanıstanda partlayışlar törədilib.
 
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
 
Qeyd edilir ki, hadisə ölkənin mərkəzi hissəsindəki Maydan Vardak əyalətində olub. Ayrı-ayrı ərazilərdə törədilən iki partlayış nəticəsində 5 nəfər ölüb. Həlak olanlar dinc sakinlərdir.
 
Məlumata görə, terrorçular mülki şəxslərin olduğu avtomobilin hərəkət etdiyi yolun kənarına partladıcı qurğu qoyublar.
 
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.