Əfqan Sadıqov quru aclığa keçib

Həbsdə saxlanılan Azel.TV saytının redaktoru Əfqan Sadıqov aclığın 20-ci günündə maye qəbul etməkdən imtina edib.
 
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.
 
Onun sözlərinə görə, Sadıqovun vəziyyəti ağırdır.
 
“Mən Əfqanla telefonla danışdım. O dedi ki, halı olsa sabah da zəng edəcək”, deyə Sadıqova bildirib.
 
Bu həftə o, əri ilə görüşmək istəyir.
 
Ə.Sadıqov Penitensiar Xidmətin onun aclıq keçirdiyini inkar etməsinə də etiraz edir.
 
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
 
* Əfqan Sadıqov bu ilin mayında hədələmə yolu ilə rüşvət tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, hökmə etiraz əlaməti olaraq noyabrın 4-dən aclıq elan edib.  /turan/