Şəhid Qasım Süleymaninin terrorunda əli olan 45 amerikalı haqqında interpola müraciət olunub

Şəhid general Qasım Süleymaninin terror edilməsində əli olan 45 Amerikalı haqqında beynəlxalq axtarış verilməsi üçün  interpola müraciət olunub. 
 
Maide.Az "mizanonline"-a istinadla xəbər verir ki, bunu şəhid general Qasim Süleymaninin  terror edilməsinə dair cinayət işi üzrə araşdırma komitəsinin  üzvi Mir Murtaza Seyid  Əşrəfi deyib. 
 
O bildirib ki,  təssüflər olsun ki, Beynəlxalq Cinayət Polisi İdarəsi (ICPO- İnterpol) siyasi məsələlərə görə, həmin cinayətkar Amerika vətəndaşları haqqında həbs qərarı çıxarmaqdan boyun qaçırdı lakin buna baxmayaraq  təhqiqatlar davam etdirilir. 
 
M. Seyid Əşrəfi  bildirb ki,  ABŞ-ın hərbi bazaları yerləşən 6 ölkəyə  Şəhid Süleymaninin terror edilməsi ilə bağlı məhkəmələrə müraciət etmişik. Hələlik yalnız İraq tərəfindən bizə tezliklə diplomatik yollarla cavab veriləcəyi bildirilirib. 
 
O həmçinin qeyd edib ki,  şəhid Suleymaninin terror edilməsi ilə bağlı ABŞ məhkəmələrinə də müraciət edəcəyik.  "İstəyirk görək ABŞ məhkəmələri  şəhid Süleymaninin  terrorunda ittiham olunan şəxslərlə bağlı işə baxacaq ya yox." 
 
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ terroru nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qüvvələrinin komandir müavini  Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub.