Əfqanıstan və 'Taliban' arasında ilk sənəd imzalandı

Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları davam edir.

 
Tərəflər yenidən Qətərin paytaxtı Dohada görüşüblər.
 
Danışıqların davam etdirilməsi üçün ilkin razılığa gəlinib.
 
19 illik müharibədən sonra tərəflər 3 səhifəlik ətraflı atəşkəs və yol xəritəsi mətni barədə razılığa gəliblər.
 
Beləliklə, Əfqanıstandakı münaqişələrə son qoymaq üçün ilk dəfə yazılı bir sənəd imzalanıb.
 
NATO da tərəflər arasındakı razılaşmadan məmnun olduğunu bildirib.