‘WhatsApp’da gözlənilən YENİLİK

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" yenilikləri ilə istifadəçilərini sevindirməyə davam edir.
 
Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, "Android" və "iOS" mobil tətbiqlərdə səsli və videozəngləri çoxdan dəstəkləyən messencer bu dəfə həmin xidmətləri veb-versiya üçün də əlçatan edəcək.
 
Funksiya artıq "masaüstü" "WhatsApp"ların beta-versiyasında mövcuddur və hazırda test mərhələsindədir.
 
Yeni versiyada səsli və videozənglər üçün iki düymə əlavə olunub.