ABŞ-da kimyəvi zavodda partlayış: Zəhərli tüstü şəhəri əsarətinə götürüb - VİDEO

ABŞ-ın İllinoys ştatında kimyəvi zavodda partlayışla nəticələnən yanğın baş verib.
 
Bu barədə 1TV xəbər yayıb.
 
Məlumata görə, bina demək olar ki, tamamilə dağılıb. Bütün rayon kükürd turşusu, azot və qurğuşun tərkibli sıx qara tüstü ilə əhatə olunub. Səlahiyyətli şəxslər, küçəyə çıxmamaq xahişi ilə əhaliyə müraciət ediblər. Ətraf evlərin sakinləri təxliyyə edilib.
 
Alovu su ilə söndürmək mümkün deyil, bu ekoloji fəlakətə səbəb ola bilər. Belə ki, kimyəvi maddələrin zavodun cəmi üç yüz metrliyindən axan Missisippi çayına sızması təhlükəsi var. / baku.ws/