ETSN: Yaxın 3 gün ərzində Bakıda mülayim şimal küləyi əsəcək

"Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir".
 
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq.
 
“Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.