‘WhatsApp’da istifadəçilər üçün çox vacib funksiya işə salınır

“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
 
Bu barədə “Engadget” portalı şirkətin açıqlamasına istinadən xəbər verir.
 
PC üçün səsli və video zənglər həm portret, həm də albom oriyentasiyasında işləyir.
 
Hazırda yalnız iki istifadəçi arasında zəng mümkündür. Gələcəkdə qrup şəklində səsli və video zəngləri daxil etməklə “WhatsApp”ın funksionallığını artıracağı gözlənilir.