Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur

“Azərbaycan vətəndaşının xarici ölkəyə getməsi ilə bağlı iki tələb mövcuddur”.
 
Maide.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
 
Onun sözlərinə görə, bu, Azərbaycanın və vətəndaşın getdiyi ölkənin tələbidir:
 
“Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər peyvənd olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir”.