Ənsarullah: 'Sülh istəyən kəs müharibəni bitirməli və Yəməni tərk etməlidir'

"Yəmən xalqı müdafiə mövqeyindədir və heç kimə hücum etməyib. Bu xalq azadlıq, suverenlik və müstəqilliyi tələb edir və bu qanuni haqqdan başqa heç nə ilə razılaşmır. " 
 
Maide.Aa “tasnimnews”a istinadla xəbər verir ki, bunu  Ənsarullahın sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Abdus Salam deyib. 
 
O qeyd edib ki, kim sülh istəyirsə, sülh prosesində təcavüzün dayandırılması, mühasirənin qaldırılması, xarici qoşunların Yəməndən çıxarılması, təcavüzün təsirlərini azaltmaq  və təzminat ödəmək kimi məsələlər üçün hazırlıq görməlidir. 
 
Qeyd edək ki, 2015-ci ilin aprel ayından etibarən təcavüzkar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin devrilmiş prezidenti Abdurabbu Mansur Hadinin hakimiyyətə qaytarılması üçün yoxsul Yəmən ölkəsini hava, quru və dənizdən ağır hücumlarla hədəfə alır. Bu təcavüz Yəmənin infrastrukturunun kütləvi şəkildə dağıdılması və bu yoxsul Ərəb ölkəsində yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib.