Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)

17:05
 
Əfqanıstanda məsciddə törədilən terror aktı nəticəsində şəhid olanların sayı 62-yə çatıb.
 
Maide.Az xəbər verir ki, Qəndəhar şəhərində şiələrin məscidində baş verən partlayışda 68 nəfər yaralanıb. 
 
***
16:07
Əfqanıstanda məsciddə törədilən iki terror aktında şəhid olanların sayı artıb. 
 
Maide.Az  "Tasnimnews"a istinadla xəbər verir ki,  Qəndəhar şəhərində şiələrin məscidində baş verən iki partlayışda 32 nəfər şəhid olub, 50 nəfər yaralanıb. 
 
Qeyd edək ki, ötən həftə Qunduz əyalətində də şiələrin məscidində terror aktı baş vermişdi.  Həmin partlayış nəticəsində 100 nəfər şəhid və yaralı olmuşdu. 
 
 
 
14:39
 
Əfqanıstanda məsciddə törədilən terror aktında şəhid olanların sayı artıb. 
 
Madie.Az Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki, Qəndəhar şəhərində şiə məscidində baş  verən partlayışda ən az 25 nəfərin şəhid olduğu bildirilir.
 
Terror nəticəsində 35 nəfərin yaralandığı bildirilir. 
 
Polis məscidə gedən yolları bağlayıb.
 
***
 
Əfqanıstanda şiələrin olduğu məsciddə partlayış baş verib. 
 
Maide.Az “Əl-Cəzirə”ə istinadla xəbər verir ki,  hadisə Qəndəhar şəhərinin mərkəzində  yerləşən məsciddə cümə namazı qılınarkən qeydə alınıb. 
 
Təhlükəsizlik rəsmilərinin  ilkin açıqlamasına görə, 7  nəfər şəhid olub, 13 nəfər yaralanıb .