ABŞ-da 10 mindən çox insan aksiyalarda saxlanıldı və yaralandı

ABŞ-da baş verən aksiyalar nəticəsində saxlanılanların sayı hər ötən gün artır.

 
Bu barədə yerli hüquq müdafiə təşkilatları bildirirlər.
 
Vurğulanır ki, ABŞ-da qara dərili gəncin ölümü səbəbilə polisə etiraz olaraq başladılan aksiyalar sonradan iğtişaşlara çevrilib
 
Nəticədə polisin aksiya keçirən şəxslərdən 10 mindən çox insanı saxladığı və yaraladığı qeyd olunur.
 
Bundan əlavə polisin aksiyalarda nümayişçilərə qarşı zorakılıq etdiyi də diqqətə çatdırılır