ABŞ-dakı işsizlik rekord sayda artıb

ABŞ-da iqtisadiyyat və maliyyə bazarlarının fəaliyyətinin əsas göstəricisi olan ABŞ-ın işsiz pensiyasına həftəlik müraciət rekord səviyyədə artıb. Bu gün açıqlanan məlumatlarda ehtimal 1,5 milyon olduğu halda, bu rəqəm 3,2 milyona çatıb.

 
Maide.Az xəbər verir ki, "Bank of America" iqtisadçısı Mişel Meyer sosial şəbəkə hesabından bildirib ki, ötən həftə bu rəqəm 281 min olub.
 
Bu məsələ ilə bağlı əvvəlki rekord 1982-ci ildə olub - 695 min ərizə: "Bu rəqəm onun üç mislindən də çoxdur.
 
Mövcud durum vəziyyətin ciddiliyini və onun iqtisadiyyata təsirinin sürətini göstərir."