ABŞ-da məktəbdə bomba partlayıb

Oktyabrın 15-də Elena (Montana ştatı, ABŞ) şəhərindəki ibtidai məktəbdə əldəqayırma partlayıcı qurğu işə düşüb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Məlumata əsasən, partlayıcı qurğu bu gün səhər Rossiter adlı ibtidai sinfin meydançasında tapılıb:
 
"Tez bir zamanda qurğu partlayıb. Yaralanan olmayıb".
 
Hadisə yerinə Federal Təhqiqat Bürosunun və Montana Post Patrul Xidmətinin əməkdaşları gəliblər. /Trend