ABŞ-ın nüvə bombası daşıyan gəmisində 25 hərbçi koronavirusa yoluxub

ABŞ-ın göyərtəsində nüvə bombası olan təyyarələr daşıyan "Teodor Ruzvelt" gəmisində ən azı 25 hərbçidə koronavirus aşkarlanıb.
 
Maide.Az xəbər verir ki, bu barədə cümə axşamı "CNN" hərbi mənbələrə istinadən məlumat yayıb.
 
Gəmidə virus sonradan gələn hərbçi vasitəsi ilə yayılıb. Çərşənbə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin səlahiyyətlərini icra edən Tomas Modli "Teodor Ruzvelt"in göyərtəsində üç yoluxmanın olduğunu açıqlamışdı, cümə axşamı isə onların sayının artdığını qeyd etmişdi.
 
Modlinin sözlərinə görə, yaxın günlərdə gəmidə olanların hamısı testdən keçiriləcək. "The Hill" qəzetinin məlumatına görə, "Teodor Ruzvelt"də ümumilikdə 5 min nəfərlik hərbi qulluqçu xidmət edir.
 
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 83,8 mindən çox yeni koronavirus yoluxma hadisəsi qeydə alınıb ki, bu da digər ölkələrdən daha çoxdur.