ABŞ 2019-cu ildə Talibana 7423 bomba atıb

ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığının yeni hesabatında ABŞ hərbi təyyarələrinin 2019-cu ildə "Taliban"la danışıqlar aparmasına baxmayaraq Əfqanıstana 7423 bomba və raket atıb.

Bu, 2006-cı ildən bəri atılan ən çox bomba və raket sayıdır. Hesabatda, həmçinin ABŞ qüvvələrinin 2019-cu ildə 8773 uçuş həyata keçirdiyi göstərilir.

Qeyd edək ki, 2018-ci ildə ABŞ qüvvələri Əfqanıstana 7362 bomba və raket istifadə edib. /eastnews.org/