Abşeron Gənclər Şəhərciyində yanğın

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
 
Hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
 
Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.