ABŞ ordusunun yeni raketi - Saatda 10 min km gedir - VİDEO

ABŞ-ın hərbi hava qüvvələri yeni raket xizəyini sınaqdan keçirib.
 
Maide.az “Posta”ya istinadən xəbər verir ki, “Bacarsan məni tut” mesajı ilə yayımlanan videoda hipersonik raketi görmək demək olar mümkün deyil.
 
Videonun sürəti 4 dəfə azaldıqdan sonra raket xizəyini görmək olur.
 
Sınaq Nyu-Meksikada yerləşən ABŞ-ın hərbi bazasında baş tutub.
 
Məlumata görə, raketin sürəti saniyədə 3 km, saatda isə 10 min 620 kilometdir.