ABŞ-ın Orlando ştatında öz müəlliməsinə təpik atan 6 yaşlı qız uşağı polis tərəfindən əlləri qandallanaraq saxlanılıb.
Bu barədə "Nbcnews" saytı məlumat yayıb.
Məlumata görə, ABŞ-da polis Kaia R. adlı uşağı müəlliməsinə təpik atdığına görə həbs edib.
Uşaq göz yaşları içində "Mənə bir şans verin" - deyə ağlayır. Lakin polis onun əllərini qandallayarq maşınına mindirir.
Dennis Turner adlı polis hadisədən sonra işdən azad edilib. /eastnews.org/