AB Suriya mühasirəsinin tərəfdaşıdır

 

Suriya Xarici İşlər Nazirliyi, "Koronavirus təhlükələrinə baxmayaraq, Avropa Birliyi Suriya mühasirəsində tərəfdaşdır", - deyə açıqlama yayıb.
 
Maide.Az "SANA" agentliyinə istinadla xəbər verir ki,  Suriya xalqının qəddar sanksiyalara görə çox əziyyət çəkdiyini bildirilən açıqlamada, "Dəməşq ABŞ və Avropanın bütün sanksiyalarının dərhal və qeyd-şərtsiz ləğv edilməsini istəyən ölkələrə və təşkilatlara qoşulur. Siyasi sanksiyalar beynəlxalq insan hüquqlarını pozur, insan həyatını açıq şəkildə təhlükə altına alır.  Avropalılar Suriyanın koronavirusu ilə mübarizə üçün lazımi vasitələrlə təmin edilməsinə mane olan sanksiyaların məsuliyyətini heç vaxt aradan qaldıra bilməyəcəklər", deyilir.
 
Suriya 2011-ci ildən bu yana ölkədə vətəndaş qarşıdurmalarının başlamasından sonra Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalar altındadır. Sanksiyalar və mühasirə müharibə şəraitində olan ölkədə koronavirus epidemiyası nəticəsində itkilərin artması ilə bağlı narahatlıq doğurur.