Aİ komissarı Yəmən böhranı barəsində çağırış etdi

Avropa İttifaqının Xarici Xarici Əlaqələr və Təhlükəsizlik üzrə komissarı Cozef Borrell Yəmən böhranı ilə bağlı fikirlərini bölüşüb. 

O, bu barədə rəsmi "Twitter" hesabında yazıb. 

"Uzun müddətdir ki, Yəməndəki humanitar böhrandan danışmırıq. Bu unudulmuş qarşıdurmanı müzakirə etməli və bu barədə danışmalıyıq", - deyə Cozef Borrell diqqətə çatdırıb.   

Cozef Borrell açıqlamasında qeyd edib ki, bu müharibəni bitirməyin vaxtı gəlib çatıb.