Ali Lider Ayətullah Xamenei Həzrət Zəhra (s.ə) haqqında

Həzrət Fatimeyi-Zəhranın (s.ə) əza məclislərində təsirləndirici müsibət səhnələrindən oxumaq yaxşıdır. Digər məsələ rövzələr məsələsidir. Rövzəxanlıq və sinəzənlik olmalıdır, amma hər məclisdə yox. Bilin ki, rövzə oxumaq, sinə vurmaq bütün imamlara aid deyil. Amma bir məclisdə rövzə oxumaqla insanları qəmləndirmək, ağlatmağın eybi yoxudr. Əslində əzadarlıq bir məsələdir, sinəzənlik və rövzəxanlıq başqa məsələ.
Rövzə oxumaq və sinə vurmaq İmam Hüseynin (ə) əsadarlığına aiddir. Tasua və Aşura gecəsi və günü, xüsusilə ramazanın 21-ci günü məclisdə rövzə oxunması, sinə vurulması yaxşıdır. Amma məsələn İmam Musa ibn Cəfərin (ə) vəfatı münasibəti ilə məclislərdə sinəzənliyi münasib saymıram. Həzrət Zəhranın (s.ə) şəhadət ildönümündə də növhəxanlıq və sinəzənlik münasib deyil. Yaxşı olar ki, Xanımın (s.ə) müsibətlərindən danışılsın. Müsibətdən danışılması insanları təsirləndirir, ağladır.
Bütün xeyirlər Fatimeyi-Zəhrada (s.ə) toplanıb. Allah-Taala Quran-i Kərimin “Kovsər” surəsində bu böyük xeyir barədə müjdə verir: “Biz Sənə Kovsər əta etdik.” Burada Xanım Zəhra (s.ə) nəzərdə tutulur. Doğrudan da, bəşəriyyətin gecə-gündüz faydalandığı misilsiz xeyirlər bu çeşmədən qaynayır. Çoxları bu çeşməni, onun bərəkətlərini gizləməyə çalışdılar, amma bacarmadılar. “Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər, amma Allah öz nurunu tamamlayar.”
Biz özümüzü bu nura yaxınlaşdırmalıyıq. Bu nura yaxınlaşan nurani olur. Dildə məhəbbət yox, əməllə nurani olmalıyıq. Elə bir əməl ki, həmin vilayət və imanı bizə imla edir, bizdən istəyir. 
Bu əməllə bu pak ailəyə bağlanmalı, ona qoşulmalıyıq. Əlinin (ə) evində Qəmbər olmaq, Salman kimi Əhli-beytdən sayılmaq asan deyil...
Xanım Zəhraya (s.ə) məxsus günlər İslam məfhumları barədə düşünmək üçün münasib fürsətdir. Müasir dünyada, qərbdə qadın qazanc mənbəyi kimi istifadə edilir. Bunu bütün dünyaya təbliğ edirlər. Belə bir məqamda müsəlman qadının öz dəyərini dərk etməsi mühümdür./