Alimlər diş implantlarının ciddi təhlükəsini müəyyənləşdiriblər

Diş implantları insan sağlamlığı üçün təhlükəlidir.
 
Maide.Az "faktxeber"a istinadla xəbər verir ki, bu nəticəyə Rusiyada Sibir Federal Universitetinin və Şimal Tibbi Problemlər İnstitutunun alimləri gəliblər. Tədqiqatlar "Stomatologiya" jurnalında dərc olunub.
 
Mütəxəssislər implantologiyanın populyarlaşması ilə xəstələrdə ağız boşluğunun yumşaq toxumalarına təsir edən yoluxucu xəstəlik - periimplantit hallarının sayının artdığını qeyd ediblər. İnfeksiya həmçinin sümük toxumasını məhv edə bilər.
 
Alimlər belə xəstəliyin diş implantlarının səthindəki xarici maddələrin təsirilə yarandığını təsbit edib. Bunların arasında - bədəndə infeksiyaya səbəb olan kimyəvi elementlər, o cümlədə karbon, fosfor, kükürd, silikon və iltihab zamanı əmələ gələn digər maddələr olub. Bunları ancaq lazerlə təmizləmək mümkün olub.
 
Buna görə də alimlər infeksiyanın qarşısını almaq üçün implantları quraşdırmadan əvvəl hətta tamamilə yeni məhsulların səthlərinin belə effektiv şəkildə təmizlənməli olduğunu bildiriblər.