Alimlər nikotin asılılığının yeni bir təhlükəsini açıqlayıb

İngilis genetikləri belə bir nəticəyə gəlib ki, siqaret çəkmək şizofreniya və depressiyanın inkişafına kömək edərək, bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır.
 
Maide.Az  "RİA novosti"ə istinadla xəbər verir ki, bu nəticələr Psychological Medicine jurnalında dərc olunub. 
 
Alimlər İngiltərədəki yarım milyondan çox insanın DNT-sini təhlil ediblər. Məlum olub ki, şizofreniya və depressiyadan əziyyət çəkən insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha çox siqaret çəkiblər. 
 
Bundan əlavə, nikotin asılılığı olan britaniyalılar siqaret çəkməyənlərə nisbətən iki dəfə çox şizofreniyadan və xroniki depresiyadan əziyyət çəkirlər.
 
Genetiklər nikotinin beynin ən vacib siqnal molekullarının - serotonin və dofaminin fəaliyyətini pozduğunu söyləyiblər. Məhs bu molekullar şizofreniya və depressiyanın inkişafında iştirak edirlər.