Alimlər yaşıl çay sevənlərin niyə daha uzun yaşadıqlarını müəyyən ediblər

Çində aparılan uzunmüddətli kütləvi tədqiqatlar müntəzəm olaraq yaşıl çay içən insanların ürək xəstəliyinə tutulma riskinin az olduğunu və ümumiyyətlə daha uzun yaşadıqlarını göstərib.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, nəticələr European Journal of Preventive Cardiology jurnalında dərc olunub.
 
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, illərdir çay içmək vərdişinə sahib insanlarda ürək xəstəliyi və insult riski 39 faiz, ölümcül ürək xəstəliyi və insult riski 56 faiz, bütün səbəblərdən ölüm riski 29 faiz daha aşağı olur.
 
Təcrübə iştirakçıların əksəriyyəti (49 faiz) yalnız yaşıl çay içənlər və yalnız 8 faizi qara çay sevənlər idi. Maraqlıdır ki, çay növlərinin ayrıca təhlili yalnız yaşıl çayın sağlamlığa faydalı təsir göstərdiyini ortaya çıxarmışdı. Qara çay içənlərdə isə bu müsbət təsirlər müşahidə olunmayıb.
 
"Mütəmadi çay istehlakı ürək-damar xəstəliyi və bütün səbəblərdən ölüm riskini azaldır.. Yalnız yaşıl çayı uzun müddət istehlak etdikdə sağlamlığa müstət təsir göstərir" – deyə, Pekindəki Çin Tibb Elmləri Akademiyasından Sinyan Van (Xinyan Wang), Avropa Kardiologiya Cəmiyyətinin mətbuat şərhində bildirib.
 
Tədqiqatlar göstərdi ki, çayın faydalı təsiri ürək-damar xəstəliklərinin inkişafında mühüm amillər olan qan təzyiqi və qanda lipidlər və lipoproteinlərin səviyyəsini aşağı salan polifenollar kimi bioloji aktiv komponentlərlə əlaqəlidir.
 
Yaşıl çay zəngin polifenollar mənbəyidir, qara çay istehsalında isə məcburi addım olan fermentasiya zamanı polifenollar antioksidan xüsusiyyətlərini itirərək oksidləşirlər.
 
"Çayın faydalı xüsusiyyətləri bu içkini mütəmadi olaraq içən insanlarda daha çox görülür. Polifenollar bədəndə uzun müddət qalmır və buna görə də kardioqoruyucu təsir göstərmək üçün onu tez-tez istehlak etmək lazımdır." deyə araşdırma lideri Dongfeng Gu bildirib.