Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.
Məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.
Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.
Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır. / Report/