Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  rəbbani alim və arif Ayətullah Həsənzadə Amulinin vəfatı münasibətilə  başsağlığı  verib.

  
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
  
"Mərhəmətli və bağışlayan Allahın adı ilə!
  
Rəbbani alim və arif Ayətullah   Həsənzadə Amulinin vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım.
  
Bu ruhani alim və müxtəlif fənlər üzrə mütəxəssis çox nadir və fəxr ediləcək bir sima idi. Çox az sayda olan bu kimi ruhani alimlər bütün dövrlərdə tanışların gözlərini işıqlandırır, onların elm, mərifət, ağıl və qəlblərini bəhrələndirir.
  
Bu böyük şəxsiyyətin təlif etdiyi kitablar maarif sevənlər üçün faydalı bir mənbə olub və olacaq, inşallah!  
  
Mən onun dostlarına, şagirdlərinə, sevənlərinə, xüsusilə, Amul şəhərinin mömin və inqilabçı xalqına, o mərhumun inqilabçı mövqelərinə və yüksək insani səciyyələrinə məftun olan müştaq gənclərə başsağlığı verir, Allah-Taaladan onun üçün ilahi rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!"