Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) məscidini dağıtmaq istəyir

Ali Səud rejimi  Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidi dağıtmaq istəyir 
 
Maide.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanlı fəal  Adil əs-Səid  deyib. 
 
O bildirib ki, Ali Səud rejim rəsmiləri  Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidin dağıdılması  göstərişini artıq verib. "Şəhid Nimr bu məscidin imam camaatı və xətibi olduğu üçün , məscid bir simvola çevrilib. Buna görə Ali Səud rejim rəsmiləri məscidi dağıtmaq istəyir". 
 
O qeyd edib ki,  Ali Səud rejimi  Qətif  bölgəsində  şiələr əleyhinə  vəhşicəsinə müharibə aparır. "Onlar isətyir ki,  Şəhid Nimrə aid olan hər bir şeyi məhv etsinlər, lakin  hər nə etsələr də  bu şəhid azadə insanların ilham vericisidir. 
 
A.Səid deyib ki, Əvamiyyə şəhər məscidinin dağıdılması  hökumətin  Qətifin mərkəzində yerləşən İnqilab xiyabanındakı binaları  dağıtmaq layihəsi çərçivəsində həyata keçiriləcək.  "Qətifdə ikinci  etiraz dalğasından sonra hökumət  Qətif bölgəsinin simvollarını  dağıtmaqla  İnqilabçı hərəkatdan  intiqam alır." 
 
A.Səid həmçinin qeyd edib ki,  ötən həftələr ərzində  Ali Səud rejimi  Qətif bölgəsində çox sayda ruhanini  həbs edib.