Almaniya: ‘Səudiyyə rejiminin Yəməndəki hadisələrdə rolu dağıdıcıdır’

Almaniyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi, Səudiyyə rejiminin Yəmən hadisələrində dağıdıcı rolunu tənqid edib.
 
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Kristof Hoysgen Səudiyyə rejiminin Yəməndəki hadisələrə görə məsuliyyət daşıdığını bildirib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Almaniya rəsmisinin sözlərinə görə, Berlin Səudiyyə rejiminə silah satmır və Yəmən münaqişəsinin, hərbi yolla həllinin olmadığını düşünür.
 
Hoysgen deyib: "Səudiyyə rejimi Yəmənə kömək işində fəal iştirak etməlidir." Eyni zamanda, Yəmən hökumətinin milli nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdül Salam, Ər-Riyadın Yəmənə kömək mövzusunda keçirilən konfransı cinayətkarın üzünü rəngləyərək gizlətmək cəhdi adlandırıb. Koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq, BMT-nin Baş katibi Antonio Quterreş, xəstəliyə qarşı mübarizəyə diqqəti yönəltmək üçün dünyadakı bütün düşmənçiliklərə son verməyə çağırdı.
 
Buna baxmayaraq, Səudiyyə rejimi yenə də Yəmənə qarşı hücumları davam etdirdi.
 
Aprelin 9-dan etibarən Səudiyyə rejiminin koalisiyasının Yəmənin müxtəlif bölgələrinə 120 hərbi hücum və əməliyyat, eyni zamanda 1586 hava hücumu həyata keçirdiyi bildirilir.