Almaniyada ‘Tarixi kontekstdə Quran’ mövzusunda konfrans keçiriləcək

Almaniyanın Münster Universitetində ‘Tarixi kontekstdə Quran’ mövzusunda konfrans keçiriləcək. 
 
Maide.Az xəbər verir ki,  iki günlük konfransa Münster Universitetinin İslami İlahiyyat Mərkəzinin direktoru Mühənd Xorşid sədrlik edəcək.
 
Konfransda dünyanın müxtəlif ölkələrindən elm adamları və professorlar öz məqalələrini təqdim edəcək.  Konfransda əsas məruzəçi Macarıstanın Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetinin tarix müəllimi Əziz Əl-Azema və onun mühazirəsinin adı " Tarixi kontekstdə Quran"dır.