Almaniyada müsəlman əsgər ordudan çıxarılıb. Buna səbəb müsəlman əsgərin qadınla əl tutub görüşməkdən imtina etməsi olub.
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Hərbi qulluqçu öz hərəkətini dini baxımdan əsaslandırb, komandiri ilə mübahisı edib və rəhbərliyi müsəlmanlara qarşı münasibətdə haqsız olmaqda günahlandırıb.
Həmin əsgər barəsində verilən qərarla razılaşmayıb və məhkəməyə üz tutub.
Federasiyanın Reynland-Pfalts yerli məhkəməsi, “dini zəmində radikallaşma”ya əsaslanaraq həmin əsgərin hərbi xidmətdən qovulmasının qanuna uyğun olduğu barədə qərar çıxarıb.