Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın Trir şəhərində qara rəngli "Range Rover" marakalı avtomobil piyadaların hərəkət etdiyi səkiyə sürülüb.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 10-dan çox şəxs yaralanıb.
Polis avtomobili dayandırmağa müvəffəq olub və sürücü saxlanılıb.
Hadisənin motivi bəlli deyil.
Polis vətəndaşları ərazidən uzaq durmağa çağırıb.