Almaniyada uçan taksi sınaqdan keçirilib

Uçan taksi saatda 120 km sürətlə 4-dək sərnişini 100 km-dək məsafəyə daşıya bilər.
 
Maide.Az “ICTnews”a  istinadla xəbər verir ki, “CityAirbus” adlandırılan bu taksilər məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyir.
 
Uçan taksinin yaradıcıları yaxın gələcəkdə insanların şəhərlərdə tıxacsız daşına biləcəyinə ümid edirlər. Hər bir nəqliyyat vasitəsi dörd propellerlə təchiz edilib.
 
Uçan taksinin hərəkəti üçün sürücü tələb olunmur. Bu, sosial təcrid şəraitində uçan taksilər üçün vacib üstünlükdür. Həm də səssizdirlər.
 
Hələ ki uçan taksilərin istifadəyə verilməsi ilə bağlı dəqiq tarix açıqlanmayıb.