Almaniyada yeni böyük məscid tikiləcək

Almaniya dövləti uzun müddət intizardan sonra bu ölkənin Karlsruhe şəhərində yeni böyük məscidin tikintisinə icazə verib.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, məscidin inşasına 2020-ci ildə başlanılacaq və  2022-ci ildə yekunlaşdırılması planlaşdırılıb.  
 
Məscid 700 nəfər namazqılan tutumuna malik olacaq.
 
Təkminarəli məscidin tikintisi üçün 6 milyon avro nəzərdə tutulub. 
 
Qeyd edək ki, məscidin tikintisinə uzun müddət icazə verilməmişdi. Çünki Almaniyanın Xristian Demokrat Birliyinin üzvləri məscidi həddindən artıq böyük hesab edir və belə bir məscidin tikilməsinə qarşı idilər. Bu məsələ səbəb oldu ki, Mulburgda tikiləcək məscidin layihəsi 2016-cı ildə qəbul edilməsin. Lakin uzun sürən danışıqlardan sonra Almaniya dövləti məscidin layihəsində bəzi dəyişikliklər etməklə icazə verib. Məsələn, layihəyə əsasən minarənin hündürlüyü 35 metr olmalı idisə, bunu 28 metrə endiriblər.