Almaniya qəzeti İtaliya hökumətini mafiyaya bənzətdi

Almaniyanın "Die Welt" qəzetinin, "İtaliyaya gedən pula nəzarət edilməlidir, çünki İtaliyanın Brüsseldən tələb etdiyi bu pullar ölkədəki mafiyaya gedir" kimi yazıları siyasətçilərin İtaliyada sərt reaksiyasına səbəb oldu.

 
Maide.Az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Luigi Di Maio Almaniyanın "Die Welt" qəzetinin facebookdakı şərhini tənqid etdi.
 
Yeni polemika açmaq istəmədiyini bildirən Di Maio, "Burada hər halda buna vaxtımız yoxdur, amma bilin ki, alman qəzetinin istifadə etdiyi bu ton qəbuledilməz və utancvericidir. Ümid edirəm, Berlin onları qınayacaq", - deyə yazıb.
 
Di Maio İtaliyanın bu gün yeni növ koronavirus (Kovid-19) qurbanlarına ağladığını, eyni zamanda mafiya qurbanlarına da göz yaşı tökdüyünü söyləyib: "Xarici İşlər naziri olaraq bu açıqlamanı qəbul edə bilmərəm. Bu bir oyun deyil, iki ölkə arasındakı futbol yarışı deyil. İnsanlar ölür və Avropa buna cavab verməlidir."