ALİM VƏ ALİMNÜMA

-- Alim o şəxsdir ki...

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətinin bir hissəsində həqiqi alimlə alimnümalardan danışır və buyurur:

فَاِنَّ الْعالِمَ مَنْ عَرَفَ اَنَّ ما يَعْلَمُ فيما لا يَعْلَمُ قَليلٌ فَعَدَّ نَفْسَهُ بِذلِكَ جاهِلا، فَازْدادَ بِما عَرَفَ مِنْ ذلِكَ فى طَلَبِ الْعِلْمِ اِجْتِهادَاً، فَما يَزالُ لِلْعِلْمِ طالِبَاً، وَفيهِ راغِباً، وَلَهُ مُسَتفيداً، وَلاَِهْلِهِ خاشِعاً وَلِرَأْيِةِ مُتَّهَماً وَلِلصُّمْتِ لازِماً، وَلِلْخَطَأِ جاحِداً وَمِنْهُ مُسْتَحْيِياً وَاِنْ وَرَدَ عَلَيْهِ ما لا يَعْرِفُ لا يُنْكِرُ ذلِكَ لَما قَدْ قَدَّرَ بِهِ نَفْسَهُ مِنَ الْجَهالَةِ.

“Alim o şəxsdir ki, bildiklərini bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. O, özünü cahil sandığından elm əldə etmək üçün çox çalışır və daim elm axtarır, elmə maraq göstərir, onda fayda axtarır. O, elm əhli qarşısında təvazökardır, daim sükut edir, xətadan həzər qılır və həyalıdır. Bilmədiyi məsələ ilə qarşılaşdıqda, bilmədiyini (cəhlini) inkar etmir. Çünki öz cəhalətini etiraf edir.”

وَ اِنَّ الْجاهِلَ مَنْ عَدَّ نَفْسَهُ بِما جَهِلَ مِنْ مَعْرِفَةِ الْعِلْمِ عالِماً وَ بِرَأْيِهِ مُكْتَفياً فيما يَزالُ مِنَ الْعُلَماءِ مُباعِداً وَ عَلَيْهِمْ زارِياً وَ لِمَنْ خالَفَهُ مُخَطِّيِاً وَ لِما لَم يَعْرِفْ مِنَ الاُْمُورِ مُضَلِّلا وَ اِذا وَرَدَ عَلَيْهِ مِنَ الاَْمْرِ ما لا يَعْرِفُهُ اَنْكَرَهُ وَ كَذَّبَ بِهِ وَ قالَ بِجَهالَتِهِ ما اَعْرِفُ هَذا، وَ ما اَراهُ كانَ، وَ ما اَظُنُّ اَنْ يَكُونَ، وَ اَنّى كانَ، وَ لا اَعْرِفُ ذلِكَ لِثَقَتِهِ بِرَأْيِهِ وَ قِلَّةِ مَعْرِفَتِهِ بِجَهالَتِهِ فَما يَنْفَكُّ مِمّا يَرى فيِما يَلْتَبِسُ عَلَيْهِ رَأْيُهُ و مِمَّا لا يَعْرِفُ لِلْجَهْلِ مُسْتَفيداً وَ لِلْحَقِّ مُنْكِراً و فِى اللِّجاجَةِ مُتَجِرِّياً و عَنْ طَلَبِ الْعِلْمِ مُسْتَكْبِراً

“Nadan isə o şəxdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir. Həmişə alimlərdən uzaq gəzir, onlara eyib tutur, ona müxalif olanı xətakar sayır, öz bilmədiyini azğınlıq hesab edir, bilmədiyi məsələ ilə üzləşdikdə, onu inkar edərək deyir: “Bu məsələ ilə rastlaşmamışam, güman etmirəm ki, belə ola, çətin ki, belə olsun; necə ola bilər ki, mən bu məsələdən xəbərsiz olam.” Bu sözlər cahil şəxsin öz fikrinə etimadından, öz nadanlığından xəbərsizliyindən doğur. O, öz rəyinə məftunluq və cəhaləti tanımaqda daimi səhvlər səbəbindən haqqı inkar edir və inad göstərərək elm əldə etməkdə təkəbbür nümayiş etdirir.” (“Biharul-ənvar”, 8-ci bölüm, imam Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsi; “Tuhəful-uqul.”)

İmam Əli (ə) bu vəsiyyətnamədə həqiqi alim haqqında danışarkən buyurur: Alim o şəxsdir ki, bildiklərinin bilmədikləri ilə müqayisədə az olduğunu anlasın.” Belələri Qurani-Kərimin bir təbirini özləri üçün əsas götürürlər. “İsra” surəsinin 85-ci ayəsində buyurulur:

وَما اوُتِيتُمْ مِنَ الْعِلْمِ اِلاَّ قَليِلا

Sizə yalnız cüzi bir bilik verilmişdir.”

Onlar anlayırlar ki, malik olduqları elm dəryadan damla da deyil. Ona görə də heç vaxt qürrələnmir, lovğalanmırlar. Onlar öz bildiklərini zülmət içində közərən nöqtə kimi qiymətləndirdiklərindən təvazökarlıq göstərir, öz əliboşluqlarını dərk edirlər. Belə alimlər özlərini cahil bildikləri üçün xüsusi bir həyat tərzi yaşayırlar. İmam Əli (ə) buyurur: Ona görə özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır daim elm axtarır.”

Onlar daim oxumadıqları kitabları vərəqləyərək özlərini nadanlıqda qınayırlar və hər an öz biliklərini artırmağa çalışırlar.

Belə alimlərin xüsusiyyətlərindən biri budur ki, elm əhli ilə rastlaşdıqda lovğalanmır, əksinə təvazkarlıq göstərir, özlərini aşağı tuturlar. Özlərinə deyirlər ki, qarşısındakı şəxsin bildiyi bir çox şeylərdən xəbərsizsən. İmam Əli (ə) buyurur: O, elm əhli qarşısında təvazökardır.

Möminə aid edilən “xüşu” və “xuzu” (təvazökarlıq) xüsusiyyətlərində “xüşu” daha üstün sifətdir. Xüzu bir növ bədənin, xüşu isə qəlbin təvazökarlığıdır. Zahirən əyilmək xüşudursa, qəlbən əyilmək xüzudur.

Bu qrupdan olan alimlərin digər bir xüsusiyyəti öz fikirlərini, rəylərini ən üstün fikir və rəy kimi götürməmələridir. Onlar heç vaxt arxayın olmur, xətaya yol verəcəklərindən çəkinirlər. İllər uzunu elmi araşdırmalar apardıqdan sonra belə fərqli fikirlə rastlaşdıqda, onu inkar etmirlər. Vəsiyyətnamədə bu xüsusiyyətə işarə ilə buyurulur: Bilmədiyi məsələ ilə qarşılaşdıqda, bilmədiyini inkar etmir. Çünki öz cəhalətini etiraf edir.”

Belə alimlərə mərhum Əllamə Təbatəbaini misal göstərə bilərik. Yarım əsrdən çox elmi mütaliələrlə məşğul olub ali bir məqama çatmış, “Əl-mizan” kimi bir Quran təfsiri yazmış şəxs heç vaxt “bilmirəm” deməkdən çəkinməmişdir. Hətta bir suala cavab verməzdən əvvəl “olsun ki belədir” qeyd edərmiş!!

Həqiqi alim dərk edir ki, onun biliklərində ehtimalların öz çəkisi var və buna görə də öz biliyindən arxayın olmur. Onların ən gözəl xüsusiyyətlərindən biri çox sükut etmələridir. İmam Əli (ə) buyurur: “...Daim sükut edir.”

Həqiqi alim nəinki nəzərini və rəyini qəti bildirmir, hətta nəzərini bildirməməyə çalışır. Onlar daha çox öz xətalarına diqqət yetirirlər. Səhv etdikdə xətalarından xəcalət çəkir, bunu özləri üçün eyib sayırlar. Əksinə, elm yoluna təzəcə qədəm qoyanlar elmin qoxusunu duyar-duymaz çox danışır, iddialı olurlar. Harada gəldi, hansı məsələ oldu qəti fikir söyləyirlər. Nəzərləri puça çıxdıqda utanmadan “dünənin rəyi o idi, bu günün rəyi budur” deyirlər. Amma danışığını ölçüb-biçən adam səhvə yol verdikdə çox utanır. Heç vaxt bilmədiyini inkar etmir. Həqiqi alim bildiklərini danışmaqdan çox bilmədiklərini öyrənməyə çalışır.

İmam Əli (ə) öz elminə görə qürrələnənləri cahil sayaraq buyurur: Cahil isə o şəxsdir ki, bilmədiyi işdə özünü alim zənn edir öz fikri ilə kifayətlənir.”

Belələri öz biliklərinin cüzi olmasından xəbərdar olduqları halda özlərini alimlər zümrəsinə qatırlar. Öz biliklərini artırmağa çalışmır, üç-beş kəlmə ilə kifayətlənirlər. Bilənlərdən öyrənmək əvəzinə onlardan uzaq gəzir, alimlərdə eyib axtarır. Bu arxayınlıq onu azğınlığa çəkən əsas amillərdəndir. İmam Əli (ə) buyurur: Bilmədiyi məsələ ilə üzləşdikdə onu inkar edir deyir: “Bu məsələ ilə rastlaşmamışam, güman etmirəm ki, belə ola, çətin ki belə olsun...”

Bu sözlər həmin şəxslərin özlərindən xəbərsizliyini göstərir. Onlar başqalarına hörmətsizlik göstərir, elmini artırmaq istəmir, bilmədiklərini inkar edirlər. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh 220-222)

(Maide.az)