Çalışın bütün vaxtları, xüsusilə ramazan ayında Quran tilavətini unutmayın

Deyirlər ramazan ayı ilahi ziyafət ayıdır. İlahi ziyafət süfrəsi açılmışdır. Bu süfrənin üzərindəkilər nədir? Bu süfrənin üzərindəkilərdən biri mənim və sizin istifadə etdiyimiz orucdur. Biri Quranın fəzilətidir. – Quranı bu süfrəyə qoymuşlar. Digər aylarda, günlərdə olduğundan daha fəzilətlə birgə və bizə deyirlər ki, tilavət edin. – Biri həmin oxuduğumuz dualardır. "İftitah" duası, "Əbu Həmzə Sümali" duası. Bunlar sözügedən süfrənin üzərinə qoyulan nemətlərdir, dad-tamdır.
Bəzilərinin fikri o qədər pərişandır, başqa yerdədir ki, süfrənin yanından keçəndə əsla onu görmürlər. Bir çoxları vardırlar ki, əsla ramazan ayının süfrəsini görmürlər. Yadlarında belə deyil ki, ramazan ayı gəlib-getdi. Bəziləri də vardır ki, süfrəni görürlər, amma məşğuliyyətdən, başları qarışıq olduğundan bu süfrənin başında əyləşməyə vaxtları olmur. Bir məşğuliyyət ardınca getmək istəyirlər. Başqa işləri var. Mağaza dalınca, iş dalınca, dünya dalınca, ehtirasların dalınca gedirlər. Bu süfrə başında oturmağa, ondan faydalanmağa macal tapmırlar. Bəziləri də vardır ki, süfrəni görürlər, süfrə başında otururlar, qədrini də bilirlər, lakin çox gözütox insanlardırlar. Aza qane olurlar. Bir tikə götürüb yeyirlər. Süfrə başında saatlarla əyləşib özlərini doyurmurlar. Süfrəyə düzülənlərdən həzz almırlar. Azacıq, bir tikə götürüb gedirlər. Bəziləri meylsizlik, iştahasızlıq hiss edirlər. Yəni iştahaları təhrik olmur. Çünki faydasız, puç yemək yemişlər və rəngarəng, nəfis yeməklər düzülmüş süfrə başında əyləşəndə iştahaları çəkmir. Bəziləri də var ki, bu süfrədən istifadə edirlər və əsla doymurlar. Çünki süfrə, mənəvi süfrədir. Bu süfrədən həzz almaq fəzilətdir. Çünki insan ruhunun yüksəlişi, fəthləridir.
İnsan bu süfrədən nə qədər çox faydalansa, ruhu bir o qədər də çox yüksəlir. Yaradılış məqsədinə daha yaxın olur. Bu, cismani süfrələrdən fərqlidir. Cismani süfrə insanın yol getməsinə, ayaqda qalmasına olan ehtiyacını ödəmək üçündür. Onda ifrata varmaq bir yanlış, bir səhvdir. Ruhani, mənəvi süfrədə isə belə deyil. Çünki ümumiyyətlə bizim yaradılışımız mənəvi, ruhani yüksəliş üçündür. Ruhani süfrə bu yüksəlişi mümkün edən, asanlaşdıran, gerçəkləşdirən vasitədir. Buna görə də nə qədər istifadə etmək mümkündürsə, istifadə etmək lazımdır. Biz bir çox mömin, ixlaslı bəndələrin adlarını eşitmişik. Hətta onların işlərini bizim üçün nəql etdikdə, bizim üçün çox aydın olmur. Amma həqiqətən təəccüb doğurur. Sübh azanına iki-üç saat qalmış oyanıb, ramazan ayının gecələrində göz yaşı axıdırmışlar. Nəql edirlər ki, mərhum Mirzə Cavad Məliki oyandıqda dəstəmaz almaq üçün hovuzun başında əyləşirdi. Ona baxıb dua oxuyur, ağlayırdı, göz yaşı axıdırdı. Bu hal səccadəsinin yanına gəlincə davam edirdi. Sonra gecə namazını qılırdı, o təravətli, feyz dolu namazı eşqlə, həyəcanla qılırdı. Mərhum Mirzə Əli Qazi də belə idi. Ramazan ayından, orucundan, diqqətindən, namazından, hekayətlər nəql olunmuşdur. Bu şeylər bizim üçün həqiqətən aydın, başadüşülən deyil. Amma bizə çox aydın bir xətt verir. Biz gərək mümkün olduğu qədər çox istifadə edək. Çalışın bütün vaxtları, xüsusilə ramazan ayında Quran tilavətini unutmayın, Quran həyatınızdan çıxmamalıdır. Quran tilavəti mütləq olmalıdır. Nə qədər mümkündürsə, olmalıdır. Quranın tilavəti düşünməklə birgə olmalıdır və belə olduqda çox təsirli olur. Tələsik tilavət, mənasını başa düşmədən oxumaq, yaxud yanlış oxumaq Quran tilavətindən gözlənilən hal deyil. Faydasız deyil. Hər halda insan bunun Allah kəlamı olduğuna diqqət yetirirsə, bu özü bir növ əlaqədir. Bu özü də qənimətdir. Kimsəni bu Quran tilavətindən məhrum etmək olmaz. Amma əmr olunan, bəyənilən tilavət deyil. O Quran tilavəti bəyəniləndir ki, insan düşünərək oxusun, ilahi sözləri başa düşsün. Bizim fikrimizcə başa düşmək olar. Əgər insan ərəb dilini bilsə, bilmədiyi yerdə tərcüməyə müraciət etsə, haqqında düşünsə, iki, üç, beş dəfə oxusa, ayənin məzmununa nisbətdə zehni açıqlıq yaranacaq ki, başqa şəkildə bu hasil olmur. Daha çox düşünməklə hasil olur. Bunu təcrübə edin. Misal üçün, insan on əlaqəli ayəni birlikdə oxuduqda onda bir hiss, bir intibah yaranır. İkinci, beşinci, onuncu dəfə həmin ayələri diqqətlə oxuduqda, digər oyanış yaranır. Yəni insanda zehin açıqlığı yaranır. İnsan nə qədər çox üns bağlayırsa, daha çox başa düşür. Bizim buna ehtiyacımız var.
 
Ali Lider Ayətullah Seyid Əli Xamenei /